Liderlik və biznes etikası təlimləri

Etik liderliyə əsaslanan uğur yolu

«Yaxşı başlanğıc uğurun yarısıdır»

— Andre Jid

Bu gün liderlik təkcə vəzifə deyil, gələcəyi formalaşdırmaq və komandanı dəyər yaratmağa səfərbər etmək məharətidir. Hər bir liderin uğur yolu etik prinsiplərə və qlobal təcrübəyə əsaslandığı zaman dayanıqlı nailiyyətlər və cəmiyyət üçün dəyər yaratmaq mümkündür.

Vüqar Sadiq, PhD — Uğur Yolu təlim praktikasının təsisçisi, tam boy portret

Təlim formatı

Rəhbərlər üçün nəzərdə tutulmuş format

Təlimlər şirkət və dövlət strukturlarında lider və rəhbər vəzifələrində çalışan əməkdaşlar üçün nəzərdə tutulub.

  • 3 saat

    Hər təlimin müddəti

  • 15–20 nəfər

    İştirakçıların optimal sayı

  • Fərdiləşdirmə

    Təlimlər sifarişçinin xüsusi tələblərinə uyğunlaşdırıla bilər

  • Praktiki format

    Praktiki tapşırıqlar, keys analizləri və interaktiv müzakirələr

Vüqar Sadiq, PhD — portret
Vüqar Sadiq, PhD Təlimçi

Təlimçi haqqında

Vüqar Sadiq, PhD

Korporativ və diplomatik mühitlərində 25 ildən artıq rəhbər vəzifələrdə çalışıb. Diplomatik karyerasını Dağlıq Qarabağ ətrafında aparılan danışıqlar komandasının üzvü kimi başlayıb. Səfirliklərdə çalışan zaman Azərbaycanı ATƏT, BMT və başqa beynəlxalq strukturlarda təmsil edib.

Korporativ sektorunda fəaliyyəti maliyyə və telekomla bağlıdır. Tutduğu vəzifələrdə B2B, korporativ və özəl bankçılıq, beynəlxalq maliyyə institutları departamentlərinə rəhbərlik edib. UNODC tərəfindən E4J proqrammı çərçivəsində Etika üzrə sertifikatlaşdırılmış instruktor.

  • 25+ il rəhbər təcrübə
  • ATƏT · BMT təmsilçiliyi
  • UNODC / E4J sertifikatlı instruktor
Uğur Yolu təlim sessiyası — dəyirmi masa arxasında iştirakçılar və təqdimatçı

Təcrübədən

Auditoriya ilə canlı iş

Hər sessiya real keys analizləri və interaktiv müzakirələr üzərində qurulur — iştirakçılar öz iş mühitlərindən gətirdikləri situasiyaları təhlil edirlər.

Komandanız üçün təlim planlaşdırın

Təlim proqramı, tarix və format barədə müzakirə üçün bizimlə əlaqə saxlayın.

Əlaqə saxlayın